Aqroservis Şirkətlər Qrupu və Azərbaycan Dövlət Aqrar Universiteti birlikdə tələbələr üçün 17-18 iyun 2014-cü il tarixdə seminar təşkil etmişdir.
Seminarın əsas məqsədi 30 nəfər üçüncü kurs tələbələri üçün Aqroservis şirkətinin əkin sahələrində istehsalat-təcrübə praktikası keçmək və onları müasir becərmə texnologiyaları ilə əyani olaraq məlumatlandırmaq idi.
Əlavə olaraq aqronomluq üzrə təhsil alan tələbələri stimullaşdırmaq məqsədi ilə Aqroservis şirkəti 2015-ci ldən etibarən 4-cü kurs tələbələri arasında keçirilməsi planlaşdırılan "İlin ən yaxşı məzun-aqronomu" müsabiqəsini də bu seminarda elan etmişdir.
Azərbaycanda "Aqronomlar İttifaqı" ictimai birliyinin yaradılması təklifi də bu seminarda şirkətin rəhbəri Hüseyn Hüseynov tərəfindən təklif edilmişdir.