HH Group Azərbaycanda Aqroservis, Pakservis, Aqrolayn, Aqrolink və Aqria məhdud məsuliyyətli cəmiyyətləri ilə təmsil edilir.
Əsas fəaliyyəti: - Toxumluq və ərzaqlıq kartof, tərəvəz və şitil istehsalı - Avropa ölkələrindən toxum, pestisid (bitki dərmanları), gübrə, kənd təsərrüfatı maşınları və avadanlıqlarının təchizatı - Çeşidləmə, yuma və qablaşdırma mərkəzlərinin açar təhvili xidməti - Yeni texnologiyaların nümayişi və fermerlərə texniki dəstək
Aqroservis MMM 2000-ci ildə Hüseyn Hüseynov tərəfindən təsis edilmişdir. Şirkətin beş bölgə nümayəndəliyi Azərbaycanda və bir nümayəndəliyi isə Rusiyada fəaliyyət göstərir. Hər nümayəndəlikdə bir menecer və bir aqronom işləyir.
Şirkət müntəzəm olaraq seminarlar keçirir və öz müştərilərinə texniki dəstək verir.
Şirkət həmçinin özünə məxsus kənd təsərrüfatı maşın və avadanlıqları ilə fermerlərə xidmət göstərir. Müəssisənin taxılyığan kombayn və traktorlar, kartof əkən və yığan, kartof dibi dolduran, soğan əkən və yığan, çuğundur və kök əkən və yığan, dərman çiləyiciləri, gübrəsəpən, və bir sıra digər avadanlıqları vardır.
Müəssisə Hollandiyanın maşın və avadanlıqlar təchizatçısı APH Group, soyuducu anbarların açar təhvili tikintisi ilə məşğul olan GTİ və Omnivent, kartof toxumu təchizatçıları HZPC və Agrico, tərəvəz toxumları istehsalçıları Bejo Zaden, Enza Zaden və Nirit Seeds, pestisid istehsalçıları Du Pont və Arysta firmalarını Azərbaycanda təmsil edir.
Pakservis MMC 2003-cü ildə Aqroservis MMM və Hollandiyanın APH Group şirkəti ilə birgə təsis edilmişdir. Pakservis MMC əsasən kənd təsərrüfatı məhsullarının tədarükü, ilkin emalı, qablaşdırılması və satışı ilə məşğuldur. Cəmiyyət yuma, çeşidləmə və qablaşdırma avadanlıqları (xətləri) ilə təchiz edilmişdir və meyvə-tərəvəz saxlamaq üçün 400 tonluq soyuducu anbara malikdir.
Aqrolayn MMC 2007-ci ildə Aqroservis və Gürcüstanın Kartlis Holding şirkəti ilə birgə təsis edilmişdir. Aqrolayn MMC əsasən bitki mühafizəsi vasitələrinin və gübrələrin satışı üzrə ixtisaslaşmışdır. Şirkət Türkiyənin Gürtarım firmasını Azərbaycanda təmsil edir.
Aqrolink-Gəncə MMC2016-cı ildə Vaqif Hüseynov və Cavid Cəfərov tərəfindən Gəncə şəhərində təsis edilmişdir və əsasən tərəvəz bitkilərinin şitili istehsalı ilə məşğuldur. Şirkət həmçinin qapalı sahədə tərəvəz istehsalı ilə məşğul olan fermerlərə texniki dəstək verir.
Aqria MMC 2016-cı ildə Amil Quluzadə tərəfindən təsis edilmişdir və kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı bitki mühafizəsi sahəsində fermerlərə texniki dəstək göstərir. Şirkət Rusiyanın Avqust firmasını Azərbaycanda təmsil edir.
Bizimlə əlaqə
Ünvan
Bakı ş., Xırdalan-Binəqədi şossesi- 34H (DYPİ-nin yanı)
Hollandiyanın Agrico firmasından Azərbaycanda qeydiyyatdan keçirilmiş və yaxşı tanınan Spunta, İmpala, Arinda, Arizona və Kondor kartof sortlarının A sinif toxumları idxal edilmişdir.