Fermerlər üçün Məsləhət Saatı

İlboyu hər həftənin şənbə günü saat 14:00-15:00-da Dr. Hüseyn Hüseynov tərəfindən fermerlər üçün kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyaları, bitki mühafizəsi tədbirləri, istehsal olunan məhsulların saxlanması və fermerlərin bitkiçiliyə aid seçdikləri digər mövzular üzrə Məsləhət Saatı keçirilir.

Bu və ya digər spesifik məsələlər üzrə ən təcrübəli yerli və xarici mütəxəssislər də məsləhət saatında fermerlərlə görüşə dəvət edilir.

Məsləhət saatı yerli və ya xaricdən dəvət olunmuş mütəxəssislər tərəfindən fermerlər üçün pulsuz aparılır.

Məsləhət saatı şirkətin Bakı şəhəri, Xırdalan-Binəqədi şossesi-3, (DYPİ-nin yanı) ünvanında yerləşən ofisində keçirilir.

Sualınız var ? Bizə zəng edin (+99412) 401 69 61